<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Bağışla məni, Allah, bağışla, yalvarıram İL385</title>
<lyrics>[V1]
 Bağışla məni, Allah, bağışla, yalvarıram,
 Bağışla belə gec qarşına gəlirəm.
 Bağışla, haqqında qabaq bilmirdim,
 Və ayrı dostlar seçmişdim mən onda.

[C1]
   Bağışla, fi kirlərim Səninlə döyüşürdü,
   Əməllərimlə mən Səni kədərləndirirdim.
   Bağışla, mən Sənə əzablar gətirirdim,
   Hər dəfə Səni yenidən çarmıxa çəkirdim.

[V2]
 Ancaq məni oyatdın bir gün həyatda
 Ürəyimə toxundun Sən Öz Sözünlə.
 Gözlərimi açdın keçmiş yollarıma
 Günahda qalmağa qoymadın məni.

[C2]
   İndi dua edirəm Sənin qarşında
   Apar məni, Allah, Öz əlinlə Sən.
   Mən öz həyatımı Sənə həsr edim,
   Qoyma məğlub olum mübarizədə.</lyrics>
<hymn_number>385</hymn_number>
</song>